Dünyanın ən lüks oteli
25 İyun 2010 Cümə 10:35
Sinqapurda açılan dünyanın ən lüks otelinin bir gecəsi 400 dollardır.
Cənubi Asiyada dünyanın ən lüks otellərindən biri açılıb. Otel sürətlə inkişaf etməkdə olan Sinqapurda fəaliyyətə başlayıb. Otelin əsas özəlliyi binasının damında 150 metrlik hovuzunun olmasıdır. Amma bu oteldə istirahət etmək istəyənlər bir gecə üçün 400 dollar ödəməlidirlər.

"Marina Bay Sands" adlı otel ötən gün fəaliyyətə başlayıb. Otel şəhərin möhtəşəm mənzərəsini müştərilərinin ayaqları altına gətirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar