Dünyanın ən kök adamı öldü
28 May 2014 Çərşənbə 05:00
2006-cı ildə 556 kiloqram ağırlığı ilə dünyanın ən kök adamı olaraq Ginnesin Rekordlar Kitabına adı düşən şəxs vəfat edib.
ANS PRESS-in məlumatına görə, Meksikalı Manuel Urib bir il sonra öz rekordunu yeniləyərək 570 kq olmuşdu. Lakin son zamanlar 393 kiloqrama qədər arıqlayan "dünyanın ən ağır adamı" doğulduğu və yaşadığı Monterri şəhərində dünyasını dəyişib.

42 yaşlı Urib bir neçə həftə əvvəl ürək aritmiyası şikayəti ilə xəstəxanaya aparılmışdı. 6 il əvvəl Klaudia Solis adlı bir qadınla evlənən Uribin qaraciyər narahatlığı da var idi.






DOSTLARINLA PAYLAŞ:

oyunlar