Dünyanın ən kiçik adamı
15 Oktyabr 2009 Cümə Axşamı 16:15
Dünyanın ən kiçik adamının 18 yaşı oldu. 60 santimetr boyu olan şəxs evlənmək arzusundadır.
Yer kürəsinin ən kiçik adamı Haqendra Tapa Maqar 18 yaşını qeyd edib. Nepalın Himalay dağlarının ətəyində yerləşən kəndlərindən birində yaşayan cırtdan adamın boyu cəmi 60 sm, çəkisi isə 4,6 kq-dır.
Çox maraqlıdır ki, Haqendra Ginnesin rekordlar kitabına düşən 73 santimetrlik çinli Xe Pinqpinqdən bir baş balacadır.
Dünyanın ən balaca insanı ad günündə özünə arzu etməyi də unutmayıb. Belə ki, o, özünə Ginnesin rekordlar kitabı tərəfindən tanınmaq və boyuna müvafiq bir qızla evlənməyi arzu edib.
Xatırladaq ki, o bir neçə dəfə Ginnesin rekordlar kitabına ərizə versə də, rədd cavabı alıb. Səbəb isə onun yetkinlik yaşına çatmaması olub.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: