Dünyanın ən iri timsahının əsəbləri yoxlanılır
10 Sentyabr 2011 Şənbə 12:29
Heyvan aclıq aksiyasına başlayıb.
Bir necə gün öncə Filippində tutulan dünyanın ən böyük timsahı depresiyadadır. Mütəxəssisləri narahat edən məsələ 6 metrlik heyvanın qida qəbul etməkdən imtina etməsidir. Bunavan şəhərinin meri bildirib ki, timsah hətta ölmüş cücədən də imtina edib.

Vəşhi heyvan üzrə filippinli mütəxəssis bildirib ki, əsəbi aclıq tutulan timsahların normal reaksiyasıdır. Onun sözlərinə görə, timsahın sağlamlığına heç bir təhlükə yoxdur, belə ölçülü timsahlar qidasız 6 ay müddətində yaşamaq qabiliyyətinə malikdir.

Timsahın qida qəbul etməməsini mütəxəssislər bir sıra amillərlə izah edirlər. Onlar bildirir ki, timsahı görməyə gələnlərin bəziləri ona daş atırdılar. Bu da heyvanın əsəblərinin pozulmasına təsir edə biləcək amillərdən biridir.

Qeyd edək ki, timsahın ovuna təxminən bir ay öncə başlayıblar və bu 3 həftə davam edib. Timsah yerli balıqçılardan birini yeməkdə şübhəli bilirdilər. Lakin araşdırma zamanı onun mədəsində insan qalıqları aşkar edilməyib.
Hazırda onun dünyanın ən iri timsahı olub-olmadığı araşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar