Dünyanın ən hündür teleqülləsi - Tokyo Sky Tree
17 Noyabr 2011 Cümə Axşamı 16:27
"Tokyo Sky Tree" Ginnesin Rekordlar Kitabına daxil edilib.
Yaponiyanın paytaxtı Tokio şəhərindəki Tokyo Sky Tree teleqülləsi dünyanın ən uzun qülləsi kimi Ginnesin Rekordlar kitabına salınıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, rekordun qeydə alınması ilə bağlı sənədlər 634 metr hündürlüyə malik teleqüllənin operatoru olan “Tobu Tower Sky Tree Co” şirkətinin prezidenti Mitiaki Suzukiyə təqdim edilib.

“Teleqüllənin ucaldılmasında məqsəd Yaponiya mədəniyyəti və texnologiyasını bütün dünyaya göstərməkdir. Rekordumuzun rəsmən qeydiyyata alınması bizə əlavə güc verir”, - deyə Mitiaki Suzuki bildirib.

Xatırladaq ki, dünyanın ən uca tikilisi kimi Ginnesin Rekordlar Kitabına Dubaydakı 828 metrlik “Burj Xalifa” oteli düşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar