Dünyanın ən hündür körpüsü açıldı
06 Yanvar 2012 Cümə 11:32
Körpünün altına asanlıqla Eyfel qülləsini yerləşdirmək olar.
Meksikada dünyanın ən hündür körpüsü açılıb. Körpünün açılışında ölkə prezidenti Felip Kalderon da iştirak edib. "Baluarte" adlandırılan (ispan dilində tərcüməsi "qala, bürc" və ya "dayaq"dır) körpü Sinalova və Duranqo ştatlarını birləşdirir.
Dor ipləri (yoğun iplər) olan körpünün açılışı Meksikanın müstəqilliyinin 200 illiyinə həsr edilib. ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, onun altına asanlıqla Eyfel qülləsini yerləşdirmək olar. "Baluarte"nin uzunluğu 1124, hündürlüyü isə 430 metrdir.
Yerli rəsmilərin məlumatına görə, körpü ştatlar arasında yola 6 saat qənaət etməyə imkan verəcək.
DOSTLARINLA PAYLAŞ: