Dünyanın ən hündür insanı daha böyüməyəcək
12 İyun 2012 Çərşənbə Axşamı 09:19
Sultan Kösenin boy artımını tənzimləyən vəzisində problem aradan qaldırılıb.
2009-cu ildən bəri Dünyanın ən hündür insanı sayılan Sultan Kösenin artıq boyu bir daha artmayacaq. Türkiyədən olan Ginnes rekordçusunun həkimləri belə qərara gəliblər. Kösenin beynində olan xərcəng şişi boyun artımını tənzimləyən vəzidə pozuntu yaradır və nəticədə onun boyu davamlı şəkildə artırdı.

Artıq 7 yaşında ikən Kösenin boyu atasına çatmışdı. Lakin bu yaxınlarda edilmiş ardıcıl cərrahiyyə əməliyyatlarından sonra həkimlər bu unikal xəstəliyin qarşını ala bilib.

Qeyd edək ki, son 3 ildə dünyanın ən hündür insan rekordunu əlində saxlayan Sultan Kösenin hazırkı boyu 2 metr 51 santimetrdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar