Dünyanın ən gənc ölkəsi milli domenə sahib oldu
13 Avqust 2011 Şənbə 00:31
Cənubi Sudana ss domeni verilib
Beynəlxalq Standartlaşdırma Təşkilatı Cənubi Sudan Respublikasına ss milli domenini verib. Məlumatı jurnalistlərə Cənubi Sudanın telekommunikasiya və poçt xidmətləri nazirinin müavini Danicel Cuma verib. Onun sözlərinə görə, bundan sonra Sudan dövləti sd, Cənubi Sudan Respublikası isə ss domenindən istifadə edəcək. Artıq Cənubi Sudanın dövlət strukturları, ictimai təşkilatları, şirkətləri və fərdi şəxslər domen adlarını qeydiyyatdan keçirə bilərlər.

Nazir müavini onu da deyib ki, ölkədə 211 beynəlxalq telefon koduna keçid prosesi davam edir. Onun sözlərinə görə, yeni koda keçid dekabrın 15-inədək tam yekunlaşacaq.

Qeyd edək ki, Cənubi Sudan Respublikası dünya xəritəsində iyulun 9-dan meydana gəlib. Bu ilin yanvarında keçirilən referendumda əhalinin mütləq əksəriyyəti Cənubi Sudanın şimaldan ayrılmasına səs verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar