Dünyanın ən çirkini öldü
04 İyun 2010 Cümə 15:45
Dünyanın ən çirkini öldü. Miss Elie adlı it 17 yaşında olub.
Dünyanın ən çirkin iti ölüb. Tüksüz Çin iti olan Miss Elie 17 yaşında Koloradoda ölüb. Yaşlılıqdan əziyyət çəkən dünyanın ən çirkin heyvanının hər iki gözündə katarakta var idi, bütün bədənində isə şişkinliklərlə örtülmüşdü.

Qeyd edək ki, balaca it bu özəllikləri və daima çölə çıxmış vəziyyətdə olan dili, pırtlamış formada olan gözləri ilə ötən il "Dünyanın ən çirkin köpəyi" adını qazanmış, 100 min dollar əldə etmişdi.

Xatırladaq ki, Çin itlərinin normal yaşam müddəti 13-15 ildir. Tüksüz itlər asnlıqla təlim edilə bilir və çox şəndirlər. Bu cinsdən olan itlər hürmədikləri üçün binalarda asanlıqla saxlanıla bilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar