Dünyanın ən böyük üzən “yolka”sı
05 Dekabr 2010 Bazar 12:40
Rio-de-Janeyroda küknar ağacının açılış mərasimi olub
Braziliyanın Rio-de-Janeyro şəhərində dünyada ən böyük üzən milad küknarının (“yolka”) işıqları yandırılıb. ANS PRESS-in məlumatına görə, “Ginnesin rekordlar kitabı” versiyasına görə, 542 tonluq polad konstruksiyadan qurulan dünyanın ən yüksək üzən “yolka”sı 85 metr hündürlüyündədir ki, bu da 28 mərtəbəli binaya bərabərdir.
Milad küknarı Laqoa gölündə ponton üzərində quraşdırılıb. Bir-birini əvəz edən milad süjetlərinin yaradılması üçün 3,3 milyon lampadan istifadə olunub.

Üzən “yolka”nın açılış mərasimində iştirak etmək üçün Laqoa gölü ətrafına on minlərlə insan toplaşıb.
Mərasimlə əlaqədar olaraq açıq səma altında bayram konserti təşkil olunub. Mərasimin klüminasiya mərhələsində isə pirotexnika tamaşası nümayiş olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar