Dünyanın ən böyük su anbarı zibilliyə dönüb
07 Avqust 2010 Şənbə 06:10
Çində olan “Üç boğaz” su anbarı sellərin və şiddətli yağışların Yansızı çayına gətirdiyi zir-zibillə dolub.
Çində olan “Üç boğaz” su anbarı sellərin və şiddətli yağışların Yansızı çayına gətirdiyi zir-zibillə dolub. Çayı tamamilə dolduran zir-zibil tikintisi 25 milyard dollara və 100 minlərlə insanın canı bahasına başa gələn hidroelektrik stansiyanın olduğu su anbarının bütün kanallarını doldurub. Su anbarının təmizliyi isə ibtidai şərtlərdə aparılır. Belə ki, fəhlələr minlərlə ton zibili çaydan əlləriylə təmizləməyə çalışırlar.
Qeyd edək ki, uzunluğu 2.25 km olan su anbarı keçən il tam istifadəyə verilib və 18 min meqavat elektrik hasil edən 26 turbini var.
Xatırladaq ki, su anbarının tikintisi zamanı 1 milyon insan yaşadığı yerdən evakuasiya olunub və 3 şəhər su anbarının altında qalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: