Dünyanın ən böyük piroqu hazırlanıb
22 Avqust 2010 Bazar 13:35
İngiltərəli çörəkçilərin hazırladığı məhsulun çəkisi 850 kiloqramdır.
İngiltərənin cənub-qərbində yerləşən Kornuoll qraflığının çörəkçiləri 850 kiloqramlıq Kornoull piroqunu hazırlamaqla, yeni dünya rekordunu müəyyənləşdiriblər. Bu piroqun hazırlanmasına 165 kiloqram mal əti, bir neçə torba kartof, soğan və şalğam sərf olunub. Piroq 11 saat xüsusi hazırlanmış peçdə bişirilib. Uzunluğu 5 metr olan piroqu dilimlərə böləndə, 3500 adi piroq alınar.
Piroq yerli televiziya ilə birbaşa transliyasiya olunan iki Kornoull çörəkçisi arasında yarışma nəticəsində hazırlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: