Dünyanın ən bahalı şəhərlərinin yeni siyahısı
17 Avqust 2011 Çərşənbə 12:21
Siyahını UBS bankı tərtib edib
Avropanın ən iri banklarından biri - İsveçrənin UBS bankı dünyanın ən bahalı şəhərlərinin növbəti reytinqini açıqlayıb. Siyahıda liderlər Oslo, Sürix və Cenevrədir.
"Qiymətlər və əmək haqqı- ümumdünya alıcılıq qabiliyyəti" siyahısı bankın analitikləri tərəfindən ildə 3 dəfə yenilənir. Reytinqin hazırlanması zamanı əsas kriteriyalar kimi vətəndaşların həyat səviyyəsindəki 122 göstərici götürülür. Budəfəki siyahıda 73 şəhərin adı var. Keçmiş SSRİ şəhərlərindən siyahıya yalnız Moskva və Kiyev düşüb. Moskva siyahıda 42-ci Kiyev isə 61-ci yerdədir. İlk 20 şəhəri təqdim edirik.
1. Oslo
2. Sürix
3. Cenevrə
4. Kopenhagen
5. Stokholm
6. Tokio
7. Sidney
8. Helsinki
9. Toronto
10. Sinqapur
11. Vyana
12. Paris
13. Luksemburq
14. New York
15. London
16. Munhen
17. Monreal
18. Frankfurt
19. San Paulo
20. Dublin
DOSTLARINLA PAYLAŞ: