Dünyanın ən bahalı nişan üzükləri
08 İyun 2012 Cümə 17:47
Ən qiymətli nişan üzüyünü amerikalı reper Jay-Z öz xanımı Beyonsa hədiyyə edib.
Bütün dünyada qeyd olunan nişan mərasimləri cütlüklərin həyatının ən unudumaz anlarındandır. Bu mərasimi təsirli edən həm də nişan üzüklərinin qiymətləridir. Dünyanın ən qiymətli nişan üzüyünü isə amerikalı reper Jay-Z öz xanımı Beyonsa hədiyyə edib. 5 milyon dollar qiyməti olan bu üzüyün hazırlanmasına 18 karat brilyantdan istifadə olunub.

Qalmaqallı ulduz Paris Hilton öz keçmiş nişanlısı Paris Latsisdən hədiyyə kimi qəbul etdiyi nişan üzüyü 24 karat brilyantdan hazırlanıb və qiyməti 4,7 mln dollar olub. Digər bir qiymətli nişan üzüyünü milyarder Donald Tramp öz həyat yoldaşı- sloveniyalı fotomodel və dizayner Melane Knaussa hədiyyə edib. Brilyant üzüyün qiyməti 2 milyon dollar olub.

Jaklin Kennedinin nişan üzüyünün qiyməti isə 1,5 mln dollar olub. Zümrüd və 2,88 karat brilyantdan istifadə olunan nişan üzüyünü ona həyat yoldaşı Con Kennedi alıb. Ben Afflekin Cenifer Lopezə bağışladığı nişan üzüyü 1,2 mln dollar qiymətləndirilib. Həmin üzük 6,1 karat çəhrayı brilyantla bəzədilib. Amma onların münasibətləri toya bir neçə saat qalmış pozulub.

Maykl Duqlas sevgilisi britanliyalı aktrisa Ketrin Zeta Consa görə 1 mln dollarından keçib. Onun aldığı nişan üzüyü ərtafı qiymətli daşlarla bəzədilib və hazırlanmasında 10 karat brilyantdan istifadə olunub.

Şahzadə Uilyamla nişanlanan Keyt Middltonun nişan üzüyü isə göy yaqut və brilyantdan hazırlanıb. Üzüyün qiyməti isə 50 min dollar olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar