Dünyanın ən bahalı kitabı satıldı
08 Dekabr 2010 Çərşənbə 05:40
4 cildlik “Birds of America” kitabının dünyada 119 nüsxəsi var
Con Ceyms Odubonun yazdığı 4 cildlik “Birds of America” (Amerika quşları) kitabı London “Sotheby”salonunda keçirilən hərracda 11.5 milyon dollara satıldı. Kitabı alan Maykl Tollimeç bu əsərin misilsiz olduğunu bildirib. Qeyd edək ki, 1851-ci ildə vəfat edən Oudbonun “Birds of America” əsərinin məlum olan 119 nüsxəsi var. Kitabda təxminən 500 quş növünün 1000-ə yaxın həqiqi ölçüdə şəkilləri var.
Xatırladaq ki, eyni əsərin başqa bir nüsxəsi 2000-ci ildə 8.8 milyon dollara satılmışdı.
DOSTLARINLA PAYLAŞ: