Dünyanın bir çox şəhərlərində işıqlar söndürüldü
29 Mart 2014 Şənbə 22:45
İlk dəfə belə bir aksiya Sidney şəhərində keçirilsə də 2009-cu ildən genişmiqyaslı bir tədbirə çevrilib.
Artıq dünya saatını qeyd etmək üçün Asiyanın bir sıra iri şəhərlərində, o cümlədən Yaponiyanın paytaxtı Tokio və Cənubi Koreyanın paytaxtı Seulda şəhər mərkəzindəki işıqlar keçirilib. Dünya əhalisinin ekoloji maarifləndirilməsi məqsədilə keçirilən genişmiqyaslı aksiyaya bu dəfə Yaponiyanın Yokohama şəhəri də qoşulub.
Tokioda dünya saatının bu ilki qəhrəmanı Hörümçək adam seçildiyindən, yüzlərlə uşaq bu film qəhrəmanının geyimində bir araya gələrək geriyə sayımı gözləyib.
Seulda şəhər mərkəzində işıqların keçirilməsini yüzlərlə sakin və turist izləyib. İşıqlar keçəndən sonra bəzi sakinlər əllərində işıq saçan hərflər tutaraq “Örs Auer Koreya” yəni "Dünya Saatı Koreya" yazısını nümayiş etdirib. Dünya Saatı həmçinin Honq Konq , Cakarta və Sidneydə də baş tutub. Ekoloji tədbirə dəstək olaraq Honqonqda bu hərəkata 3900-a yaxın şirkət, məktəb və dövlət idarələri qoşulub.
Dünya Saatı - Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən hər il təşkil olunan və hər il martın sonuncu şənbəsində keçirilən beynəlxalq aksiyadır. Tədbirdə iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün təşkilatlar, məktəblər, şəhər meriyaları, bələdiyyələr, kommersiya qurumları və bütün vətəndaşlar bir saatlıq işıqları keçirməyə çağrılır.
Aksiya çərçivəsində dünyanın ümimilikdə 158 ölkəsində 7 minə yaxın şəhərin bir saatlıq zülmətə qərq olacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: