Dünyanın 32 ölkəsində İran əleyhinə aksiyalar keçirilib
25 İyul 2010 Bazar 04:35
Hüquq müdafiəçiləri İranda ölüm hökmünə məhkum edilmiş qadının müdafiəçinə qalxıblar.
Ötən gün dünyanın bir sıra ölkəsində ölüm hökmünə məhkum edilmiş Sakinə Məhəmmədi Aştianinin müdafiəsi məqsədilə aksiyalar keçirilib. Əsasən hüquq müdafiəçilərinin iştirak etdiyi mitinqlər ümumilikdə 32 ölkədə, o cümlədən, Braziliya, Böyük Britaniya, Fransa, Gürcüstan, Almaniya, İtaliya və İsveçdə təşkil edilib.
Xatırladaq ki, İran məhkəməsi həyat yoldaşına xəyanətdə təqsirləndirilən Sakinə Məhəmmədi Aştianinin daşqalaq yolu ilə öldürülməsi barədə hökm çıxarıb. Bu, beynəlxalq hüquq müdafiəsi təşkilatları, Avropa Birliyi və ABŞ-ın kəskin etirazlarına səbəb olub. Bu yaxınlarda İran hökuməti hökmün icrasını təxirə saldı. Amma ölüm hökmü hələ də qüvvədə qalmaqda davam edir.
Sakinə Məhəmmədi Aştiani müasir İranda nadir hallarda tətbiq olunan cəzaya 2006-cı ildə məhkum edilib. Adətən, belə cəzalar ərinqə xəyanət edənlərə qarşı tətbiq edilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: