Dünyanən ən yaşlı qadını öldü
22 İyun 2011 Çərşənbə 04:24
Dünyanın ən yaşlı adamı ünvanı amerikalı Bessi Kuperə keçib.
Dünyanın ən qoca qadını olduğu rəsmi olaraq təsdiqlənən 114 yaşlı Mariya Qomes Valentim vəfat edib. “Cinnes” rekordlar kitabının internet saytında yayılan məlumata görə, 114 yaşında və 347 günlük braziliyalı qadının ölümü ilə bu yeri 114 yaşında və 299 günlük olan amerikalı amerikalı Bessi Kuper tutub.

Qeyd edək ki, 9 iyul 1896-cı ildə Minas Cetays əyalətində dünyaya gələn Mariya Qomes Valentim ölənə qədər burda yaşayıb. 1913-cü ildə ərə gedən mərhum rekordçunun 1 oğlu, 4 nəvəsi, 7 nəticəsi və 5 kötükcəsi var.  ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar