Dünyada neftə tələbat azalır
15 Aprel 2011 Cümə 17:09
Bu səbəbdən də “qara qızıl”ın qiyməti düşməkdə davam edir
Cümə günü neftin qiyməti yenidən düşüb. Buna səbəb investorların “qara qızıl”ın qiymətinin həddindən artıq baha olması fonunda dünya iqtisadiyyatına mənfi təsir edə bilməsi və neftə olan tələbatın azalmasından narahatçılıqlarının olmasıdır.
Bu gün aprelin 15-də London birjasında “Brent Crude Oil” markalı neft 0.27 dollar və 0.22 faiz aşağı düşüb. Belə ki, bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 121,73 dollar olub.
Cümə axşamı Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,34 dollar və ya 0.31 faiz ucuzlaşaraq 107,77 dollar təşkil edib.
DOSTLARINLA PAYLAŞ: