Dünya xəritəsində yeni dövlət yarandı Cənubi Sudan
09 İyul 2011 Şənbə 02:51
Cənubi Sudan bu gündən müstəqil dövlət oldu.
Cənubi Sudan bir neçə on illik mübarizədən sonra bu gündən müstəqil dövlətə çevrilir. Bu ilin yanvarında keçirilən referendumda əhalinin mütləq əksəriyyəti Cənubi Sudanın müstəqilliyinə səs verib.
Yeni dövlətin paytaxtı Cubada ölkənin müstəqilliyini elan etməsi ilə əlaqədar bayram tədbirləri başlayıb.
Lakin ekspertlər hesab edirlər ki, yeni dövlət dünyanın ən yoxsul ölkələri sırasında olacaq. Üstəlik şimal qonşusu Sudanla münaqişələrin yaranması potensialı hələ kifayət qədər yükəkdir. Xartum Cənubi Sudanın müstəqilliyini rəsmən tanımayıb. Bununla belə, bəyan edib ki, yeni dövlətin vətəndaşları Sudan vətəndaşlığından çıxırlar.
İki ölkə gələcəkdə sərhədlərlə bağlı razılığa gəlməlidirlər. Eyni zamanda, son həftələr ərzində iki ölkənin sərhəd rayonlarında zorakılığın artdığı müşahidə olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: