Dünya şöhrətli ifaçı xəstəxanaya yerləşdirildi
10 İyul 2013 Çərşənbə 10:54
Tenor Plasido Dominqo iyul ayına planlaşdırılmış çıxışlarını təxirə salmalı olacaq.
Dünya şöhrətli tenor Plasido Dominqonun səhhəti pisləşib. İspan ifaçı "ağciyərdə damar tıxanıqlığı" diaqnozu ilə Madrid xəstəxanalarından birinə yerləşdirilib.

Tenorun 3-4 həftə ərzində həkimlərin nəzarəti altında olacağı bildirilir. Plasido Dominqonun işinin başına isə öz gücünü tamam bərpa etdikdən sonra dönəcəyi ehtimal olunur.

Bununla da, Plasido Dominqo iyul ayına planlaşdırılmış bütün çıxışlarını və konsertlərini təxirə salmalı olacaq. Madridin əsas opera teatrı olan və Dominqonun bir neçə çıxışının planlaşdırıldığı "Kral teatrı" artıq məşhur tenora tezliklə sağalmaq diləyini çatdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar