Deyv Brubek 1988-ci ildə Mixail Qorbaçov və Ronald Reyqan üçün çıxış etmişdi
Amerikalı caz bəstəkarı və pianoçu Deyv Brubek vəfat edib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, o, ABŞ-ın Konnektikut ştatındakı xəstəxanalardan birində düunyasını dəyişib.
Deyv Brubek 6 dekabr 1920-ci ildə Klaiforniya ştatının Konkord şəhərində anadan olub. O, 1950-60-cı illərdə Kaliforniya cazının ən görkəmli nümayəndələrindən olan kvarteti yaradıb. Bu kollektivin ifa etdiyi məşhur əsərlərdən biri bəstəkar Pol Dezmondun 1959-cu ildə bəstələdiyi “Take Five” caz kompozisiyası olub.
Deyv Brubek 1988-i ildə Moskvada Mixail Qorbaçov tərəfindən o vaxtkı ABŞ prezidenti Ronald Reyqanın şərəfinə təşkil etdiyi qəbulda çıxış edib. ANS PRESS-in “Associated Press”-ə istinadən verdiyi məlumata görə, dünya şöhrətli cazmen Mixail Qorbaçova müraciətlə belə deyib: “Mən rus dilində danışmıram. Amma sizin hərəkətlərinizdən görürürəm ki, ifa etdiyim musiqi ürəyinizcədir”.
Deyv Brubek “Time” jurnalının üz qabığına düşən ilk caz musiqiçisidir.