Dünya iqtisadiyyatının bərpası yubanır
02 Dekabr 2010 Cümə Axşamı 10:28
Təşkilat ekspertlərinin fikrincə, 2011-ci ildə iqtisadiyyatın artımı 3.1 faiz təşkil edəcək
Dünya iqtisadiyyatının bərpası öz tempini itirir və onun bütün əlamətləri onu göstərir ki, gələn il iqtisadiyyatın artımı daha zəif olacaq. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında deyilir.
BMT ekspertlərinin fikrincə, 2011-ci ildə iqtisadiyyatın artımı 3.1 faiz təşkil edəcək. 2012-ci ildə isə vəziyyət bir az yaxşılaşacaq və artım 3.5 faizə qədər çata bilər. Amma bununla bərabər təşkilatın analitikləri qeyd edir ki, bu temp əmək bazarının dünya qlobal böhranından əvvəlki vəziyyətinə çatdırılması üçün kifayət deyil.
Dünya bazarlarına gəldikdə isə, BMT nümayəndələri burada öz valyuta siyasətlərini yaxşı əlaqələndirməyi bacarmayan ölkələrin milli hökumətlərini qərarsızlıqda günahlandırırlar. Təşkilat analitikləri hesab edir ki, bu vəziyyəti düzəltmək üçün ölkələr bir-birləri ilə əlaqəli şəkildə işləməlidirlər.
DOSTLARINLA PAYLAŞ: