Dünya Halal Şurası mərkəzi İstanbulda olacaq
01 İyun 2012 Cümə 03:54
Dünya Halal Şurası mərkəzi İstanbulda olacaq. Bu qərar oktyabr ayında İstanbulda keçiriləcək qurultayda qüvvəyə minəcək.
“Dünya Halal Şurası” (WHC) idarə heyəti Malaziyanın Kuala Lumpur şəhərində keçirdiyi iclasda şuranın mərkəzinin İstanbula köçürülməsi istiqamətində qərar qəbul edib. Bu qərar oktyabr ayında İstanbulda keçiriləcək qurultayda qüvvəyə minəcək.
Keçən il şura idarə heyətinin sədri təyin olunan “Türkiyə Ərzaq və İstehlak Maddələri Nəzarət və Sertfikatlaşdırma” dərnəyinin sədri Hüseyn Kami Büyüküzer bunun Türkiyə üçün çox əhəmiyyətli bir qərar olduğunu deyib.
“Şura mərkəzinin İstanbulda olması Türkiyənin İslam dünyası ilə əməkdaşlığını çoxaldacaq. Halal sertfikatı mövzusunda dünya müsəlmanlarının burdan məlumatlandırılması və akreditasiyanın burda həyata keçirilməsi çox əhəmiyyətlidir. Türkiyənin ixrac maddələri üçün böyük potensial qazandıracaq” – deyə sədr bildirib.
DOSTLARINLA PAYLAŞ: