Dünya gözəli 2010 titulu amerikalıya qismət oldu
31 Oktyabr 2010 Bazar 01:45
Dünya gözəli 2010 titulu amerikalıya qismət oldu. Sonrakı yerləri Botsvana və Venesuela təmsilçiləri tutdular.
ABŞ təisilçisi Aleksandria Mills Çinin Haynan əyalətində başa çatan “Dünya gözəli 2010” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. Birinci vitse-gözəl Bostvana sakini Emma Vareus, ikinci vitse-gözəl isə venesuelalı Adriana Vasini seçilib. Ümumilikdə müsabiqədə 120 ölkədən olan gözəllər iştirak ediblər.

Aleksandriya Millsin anketində göstərilən məlumatlara görə, o, Kentaki ştatındandır və müəllim olmaq arzusundadır. Boyu 175 santimetr olan yeni “Dünya gözəli”nin hobbiləri arasında səyahətlər və foto sənəti də var.

Bu il “Dünya gözəli” müsabiqəsinin münsiflər heyətində müxtəlif illərdə keçirilmiş müsbaiqələrin qaliblər yer alıblar. Onların sayı yeddi olub: “Jeniz Perryer Lanfrançi ("Dünya gözəli 1953, Fransa”), Enn Sidney ("Dünya gözəli 1964”, Böyük Britaniya), Mari Stavin ("Dünya gözəli 1977”, İsveç-ABŞ), Aqbani Dareqo ("Dünya gözəli 2001”, Nigeriya-ABŞ), Mariya Culiya Mantilla ("Dünya gözəli 2004”, Peru), Jan Si Lin ("Dünya gözəli 2007”, Çin) və Kseniya Suxinova ("Dünya gözəli 2008”, Rusiya).

Qeyd edək ki, “Dünya gözəli” müsabiqəsi ilk dəfə 1951-ci ildə keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar