Ebola virusu 2014-cü ildə Qərbi Afrikada artıq 961 insanın həyatına son qoyub.
ANS PRESS-in məlumatına görə, cari il ərzində virusla yoluxmanın ümumi sayı 1779-dur.
Dünya səhiyyə təşkilatları Ebolanın dünya tarixində ən öldürücü virus olduğunu qeyd edirlər. Virusun yayılmasında iqlim də rol oynadığından Ebola virusuna yoluxma əsasən Afrika ölkələrində qeydə alınır. Epidemiya Syerra Leone, Liberiya, Qvineya və Nigeriyayada daha geniş vüsət alıb.
Qeyd edək ki Azərbaycanın Səhiyyə Nazirliyi bəyan edir ki, insanların Ebola virusuna yoluxması halı Azərbaycan üçün aktual və təhlükə yaradan məsələ deyil.
Qeyd edək ki, ilk olaraq 1976-cı ildə Kongoda görülən və adı Afrikadaki bir göldən götürülən ebola virusü ishal, qanama, dəri töküntüləri və yüksək bədən temperaturu əlamətləri ilə ortaya çıxır. Virus ən çox Konqo, Uqanda və Cənubi Sudan ölkələrində yayılıb.
Müalicəsi və peyvəndi olmayan virus, xəstədən sağlam insana asan keçir. Heyvanların da daşıyıcı olduğu bu təhlükəli virus, daha çox şimpanze, qorilla və meymunlarda aşkarlanır.