Dünya bazarında neft bahalaşıb
02 Dekabr 2010 Cümə Axşamı 03:15
“Qara qızıl”ın bir barelinin qiyməti Amerikada 86,75, Avropada isə 88,87 dollara çatıb
Dekabrın ilk günündə dünya bazarında neftin qiyməti 3 faizdən də çox artıb. Mütəxəssislər bunu ABŞ və Çin iqtisadiyyatı ilə bağlı nikbin məlumatlar, eləcə də, investorların Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun birgə proqramının avro zonası ölkələrində borc problemini həll edəcəyinə olan ümidləri ilə əsaslandırırlar.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 2,64 dollar artıb və 86,75 dollara çatıb.

London birjasında isə “Brent Crude Oil” markalı neftin qiyməti 3,42 dollar artıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 88,87 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar