Dünya Bankı (DB) Kosovonu tərkibinə daxil edib. ANS PRESS-in "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Kosovonun baş naziri Haşim Taçi məlumat verib.
"Bu gün biz Dünya Bankının Direktorlar Şurasından Kosovo Respublikasının təşkilata daxil edilməsinə dair qətnamə layihəsinin təsdiq edilməsi barədə məlumat almışıq", - deyə Taçi bildirib.
Xatırladaq ki, may ayında Beynəlxalq Valyuta Fondu Kosovonu tərkibinə daxil etdiyini bəyan edib. /ANS PRESS/