Dünənən qaranlıq gün olub
22 Dekabr 2010 Çərşənbə 03:00
Sonuncu dəfə belə unikal hadisə 456 il öncə olub
Bu gün dünyada ən qaranlıq gün olacaq. Belə ki, son bir neçə əsrdə ilk dəfə olaraq bu gün həm ayın bədirlənməsi, həm gün dönümü (Günəşin göy ekvatorunun ən uzaq ekliptika nöqtəsindən keçməsi; bu hadisə ildə iki dəfə olur iyunun 22-də və qışda dekabrın 22-də), hən də ayın tam tutulması olacaq.

Rusiya Elmlər Akademiyası Tətbiqi Astronomiya İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi Nikolay Jeleznovun sözlərinə görə, ayın tutulması Rusiyanın şimal-şərqində, Şimali Amerikada, Cənubi Amerikanın qərb hissəsində, Skandinaviya yarımadasının şimalında aydın müşahidə olunacaq. Proses Bakı vaxtg ilə saat 11:41-də başlayacaq və 3 saat 28 dəqiqə davam edəcək.

Qeyd edək ki, sonuncu dəfə belə unikal hadisə 456 il öncə olub.

Xatırladaq ki, ayın qismən tutulması bu il iyunun 26-da müşahidə edilmişdi. Gələn il iyunun 15-də və dekabrın 10-da ay 2 dəfə tam tutulacaq. Günəş tutulmaları isə 4 dəfə baş verəcək. Lakin onların hamısı qismən olacaq və bu hadisəni yalnız qütbyanı, şimal və cənub en dairələrində yaşayan çox az adam müşahidə edə biləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar