“Dünən Kərbəlada baş verənləri bu gün Qəzzada yaşayırıq”
19 Noyabr 2012 Bazar Ertəsi 02:00
Mehmet Görmez Qəzzada baş verənlərə münasibət bildirib
Türkiyənin rəsmi din qurumu “Diyanət”in sədri professor Mehmet Görmez son günlər Fələstində baş vermiş hdisələrə münasibət bildirib. Görməz Qəzzada meydana gələn xoşagəlməz hadisələri İslam tarixindəki Kərbəla müsibəti ilə müqayisə edib və bunun dayandırılması üçün dua etdiklərini deyib. “Keçmişdə Kərbəlada baş verən kədərli hadisənin eynisi təəssüf ki, bu gün Qəzzada da baş verir. Qəzzada baş verən bu qeyri-insani qətliamın dayandırılması üçün dua edirik”.
Çıxışında şəhərlərin də insanlar kimi qəlbi və ruhu olduğunu deyən Görməz bu ruhun və qəlbin işlək vəziyyətdə olması üçün şəhər idarəçilərinin daha böyük səylə işləməli olduğunu vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: