Dudayevin abidəsinə hörmətsizlik edildi
12 Mart 2012 Bazar Ertəsi 19:41
Vilnüsda naməlum şəxslər abidəyə sarı boya töküblər.
Litva paytaxtında naməlum şəxslər Çeçenistan Respublikasının sabiq prezidenti Cövhar Dudayevin abidəsinə sarı boya töküblər. ANS PRESS-in “Delfi” portalına istinadən verdiyi məlumata görə, bu, martın 11-də - Litvanın müstəqilliyinin bərpasının ildönümündə baş verib.

Vilnüs polisi artıq faktla bağlı araşdırmalara başlayıb.

Dudayevin şərəfinə olan abidə 1998-ci ilin sentyabrında ucaldılmışdı. Dudayevin ailə üzvləri 1996-cı ildən məhz Vilnüsdə sığınacaq tapıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar