Dublində avtobusla tramvay toqquşub
17 Sentyabr 2009 Cümə Axşamı 00:40
İkimərtəbəli avtobusun iki qadın sərnişinini yalnız 45 dəqiqədən sonra çıxartmaq mümkün olub
İrlandiyanın paytaxtı Dublində ikimərtəbəli avtobusla tramvay toqquşub. “İrish Times” qəzetinin məlumatına görə, hadisə nəticəsində 21 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Dublinin küçələrində beş il əvvəl görünməyə başlayan “Luas” sürətli tramvayı şəhərin mərkəzi bulvarında avtobusu vurub. Hadisə şahidlərinin sözlərinə görə, avtobusun iki qadın sərnişinini 45 dəqiqədən sonra çıxartmaq mümkün olub.
“Luas” tramvaylarının məxsus olduğu “Veolia” şirkətinin nümayəndəsi 21 nəfərin xəsarət aldığını təsdiqləyib. Şirkətin məlumatına görə, tramvayın sürücüsü və avtobusun iki sərnişinin vəziyyəti ağırdır.
DOSTLARINLA PAYLAŞ: