Dubay borcdan qurtulur
14 Dekabr 2009 Bazar Ertəsi 16:15
Dubay borcdan qurtulur. Əmirlik Əbu-Dabidən 10 milyard dollar vəsait alıb.
Birləşmiş Ərəb Əmirliyinin Dubay əmirliyi paytaxt Əbu-Dabidən 10 milyard dollar vəsait alıb. Bu vəsaitlə əmirlik “Nakhil” şirkətinin “Dubay World”ın islam istiqrazları üzrə borcunun bir hissəsini ödəyə biləcək.
Belə ki, təxminən 4,1 milyard dollar artıq bu gün vaxtı qurtaran “Nakhil” şirkətinin istiqrazları üzrə borcun qaytarılmasına sərf ediləcək. Qalan hissə 2010-cu ilin sonuna qədər “Dubay World”ın öz ehtiyaclarına xərclənəcək.
Dubay əmirliyinin nümayəndəsi Şeyx Əhməd bin Səid əl Matum bidirib ki, hökumət həmişə bazar prinsiplərinə və bütün dünyada qəbul olunan biznes-təcrübəyə müvafiq olaraq fəaliyyət göstərəcək. Əbu-Dabi əmirliyinin Dubaya vəsait ayırması birjalara da təsirsiz ötüşməyib.
Belə ki, bu xəbər maliyyə bazarlarında avronun bahalaşmasına səbəb olub.
Qeyd edək ki, ötən həftə dollara nisbətdə ucuzlaşan Avropa valyutası bir qədər bahalaşıb. İndi 1 avro 1 dollar 46 sentdən baha satılır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar