Droqbadan Somaya milyonluq yardım
16 May 2014 Cümə 15:06
"Qalatasaray"ın ulduz futbolçusu Didye Droqba Somadakı ailələrə 1 milyon avro yardım edib.
"Qalatasaray"ın ulduz futbolçusu Didye Droqba mədən faciəsində dünyasını dəyişənlərə maddi yardım edib.
ANS PRESS-in məlumatına görə, Fil Dişi sahilli oyunçu Türkiyədə keçirilən kampaniya çərçivəsində Somadakı ailələrə 1 milyon avro maddi yardım köçürüb.
Ulduz futbolçu Droqba həmçinin vəfat edən mədən işçilərinin ailələrinə Instagram hesabından başsağlığı verib: "Bütün işçilərin ailəsinə başsağlığı və səbr diləyirəm. Başımız sağ olsun".
Xatırladaq ki, mayın 13-də yerli vaxtla saat 15:45-də Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş vermişdi. Hadisə zamanı mədəndə 700-dən artıq fəhlə olub və onlardan bu dəqiqəyə qədər 284 nəfərin dünyalarını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çox sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DOSTLARINLA PAYLAŞ: