Dövlət Universitetini otelə çevirirlər
19 İyul 2013 Cümə 23:35
“Qarabağ klanı”nın “uğurlu” tədris siyasəti haqqında ballada.
Ermənistan Dövlət Mühəndislik Universitetinin (keçmiş Politexnik İnstitutunun) Vanadzor (Kirovakan) filialı Vanadzor Pedoqoji İnstitutu ilə birləşdiriləcək. ANS PRESS “Joxovurd” qəzetinə istinadən bildirir ki, Pedoqoji İnstitutun şəhərin mərkəzində yerləşən binası isə özəlləşdirilərək otelə çevriləcək.
Müstəqil erməni mənbələrinin verdiyi məlumata görə, Pedoqoji İnstitutun binasına hakim “Qarabağ klanı”nın nümayəndələri göz qoyublar. Əslində, iki institutun birləşdirilərək Politexnik İnstitutunun keçmişdə peşə məktəbi yerləşdirilmiş binasına sıxışdırılması da hakim “Qarabağ klanı”nın “uğurlu” tədris siyasətinin nəticəsidir. Amma bu “qarabağlı”ları da qınamaq olmaz - dünyanın “ən qədim xalqı”nın nümayəndələri oxumaq istəmirlər. Odur ki, “Qarabağ klanı” bu “qədim xalqı” otellərdə öz “qədim peşəsinə” qaytarmaqla məşğuldur.
DOSTLARINLA PAYLAŞ: