Dövlət işçilərini aparan avtobus partladıldı
27 Sentyabr 2013 Cümə 14:28
Peşəvər şəhərindəki partlayış nəticəsində 13 nəfər ölüb.
Pakistanın Peşəvər şəhəri yaxınlığında partlayış baş verib. Dövlət işçilərini aparan avtobusun keçdiyi yolda partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 nəfər ölüb, 31 nəfər də yaralanıb.
Pakistan televiziyasının yaydığı kadrlarda partlayış nəticəsində sərnişin avtobusunun tamamilə yararsız hala düşdüyü görülür.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
DOSTLARINLA PAYLAŞ: