Dövlət Departamenti: “Serj Sarkisyanın qərarına təəccüblənmədik”
23 Aprel 2010 Cümə 03:25
Rəsmi İrəvan atacağı addımla bağlı qabaqcadan ABŞ-ı məlumatlandırıbmış.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Filip Krouli Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə-Ermənistan protokollarının ratifikasiyasının dondurulması barədə qərarından təəccüblənmədielərini bildirib. O, gündəlik mətbuat konfransında Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindəki son vəziyyətə belə münasibət bildirib: “Tərəflərdən heç birinin prosesi tərk etməməsi bizi cəsarətləndirilir. Amma hamımız bunun fərqindəyik ki, prosesdə irəliləyişə nail olmaq üçün yeni bir sürətlənməyə nail olmaq üçün üçün bir az zamana ehtiyacımız olacaq. Ermənilər bizə bunu etməyə hazırlaşdıqlarının ipucunu verişdilər. Dolayısı ilə açıqlamaya təəccüblənmədik. Serj Sarkisyanın açıqlaması Ermənistanın prosesi başa çatdırmadığını, amma Türkiyə tərəfi irəliləməyə hazır olana qədər dondurulduğunu bildirir. Serj Sarkisyanın sülh, sabitlik və uzlaşma istiqamətində çalışmaya davam etmək qərarını təqdir edirik. Normallaşma prosesinin Türkiyə və Ermənistan üçün olduğu qədər Qafqaz bölgəsi üçün də fayda verəcəyinə inanırıq”. Filip Krouli bildirib ki, ABŞ tərəfləri normallaşma istiqamətində səylərin davam etdirilməsi üçün qapıları açıq saxlamağa çağırır.
Filip Krouli onu da deyib ki, son vaxtlar Birləşmiş Ştatlar tərəflərlə aktiv danışıqlar aparır: “Vaşinqtonda ermənilər və türklərlə danışıqlarımız olur. Azərbaycanla da davam edən təmaslarımız var. Hər iki tərəfin protokolların ratifikasiyası prospsində çıxılmaz deyə bilməyəcəyim, amma bəzi maneələrlə üzləşdiyini anlayırıq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: