Avqustun-16 da Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Şimali İraqa səfəri başlayacaq.
“OLAYLAR”ın Türkiyə bürosu xəbər verir ki, Dövlət Baxçalı Kərkük və Ərbildə yaşayan soydaşlarımızla görüşəcək və Ramazan bayramını da Kərkük Türkmənləri ilə bərabər qeyd edəcək. Səfərin başqa bir tərəfi də ondan ibarətdir ki , Dövlət Baxçalı pasportuna Kürdüstan möhürü vurdurmamaq üçün İraqa səfəri Erbil hava limanı ilə deyil, Bağdad hökumətinin nəzarətində olan Mosul hava limanından gerçəkləşdirəcək. Dövlət Baxçalının təhlükəsizliyini diplomatik nümayəndəliklər də mühafizə xidmətini aparan Xüsusi Təyinatlı Türk polis birliyi tərəfindən təşkil edildiyi bildirilib. Türkiyə XİN və əlaqədar dövlət təşkilatları İraq hökuməti və Şimali İraqdaki kürd idarəsini səfərilə əlaqədər xüsusi şəkildə xəbərdar edib.