Dostlarının toyunda zarafatla gəlini oğurlayanlara hökm oxunub
10 Dekabr 2009 Cümə Axşamı 03:55
Onlar gəlini qaçırmaqla bəydən 15 min dollar tələb etməkdə təqsirli biliniblər
Rusiyada iki qardaş-Federal Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin zabitləri toydan gəlinin qaçırılmasında təqsirli biliniblər. Moskva qarnizonu hərbi məhkəməsi Denis İvannikovu üç il, qardaşı İvan İvannikovu isə il yarım müddətinə azadlıqdan məhrum edib.

Cinayət işinin materillarına görə, Denis və İvan İvannikov qardaşları 15 noyabr 2008-ci ildə Rusiya bekmekerlərinin Milli Assambleyasının rəhbəri Oleq Juravskinin toyunda olublar. Onlar oyun məqsədilə gəlin Olqa Lebedevanın toydan qaçıraraq, şəhərdə gəzdiriblər, sonra isə Moskvadakı restoranlardan birində yeyib-içiblər. Denis İvannikov bəyə zən gedərək, gəlinin qaytalırması qarşılığında 15 min dollar tələb edib. Məhkəmə istintaqı ilə müəyyənləşdirilib ki, Oleq Juravski İvannikov qardaşlarına 12 min dollar verərək, gəlini geri alıb və hüquq-mühafizə orqanlarına müraciət edib.

İvannikov qardaşları məhkəmədə təqsirlərini etiraf etməyiblər və bəyan ediblər ki, araşdırılan hadisə sadəcə bir oyun olub. İddiaçı Oleq Juravski də məhkəmə qərarından narazıdır. Onun fikrincə, məhkəmə toyunda qanqaralıq yaradan qardaşlarla bağlı hökm çox yumşaqdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar