Dörd zəvvar donuz qripindən öldü
22 Noyabr 2009 Bazar 15:15
Ölənlər arasında Nigeriyada olan 17 yaşlı qız da var
Səudiyyə Ərəbistanında 4 nəfər A/H1N1 virusundan ölüb. Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, vəfat edənlər
Həcc ziyarətinə gəlmiş zəvvarlardır. Ölənlərdən üçünün yaşı 70-dən yuxarı olan Sudan, Hindistan və Mərakeşdən olan zəvvarlar, biri isə Nigeriyadan olan 17 yaşlı qız olub.

Qeyd edək ki, Həcc ziyarəti noyabrın 25-də başlayacaq. Səudiyyə Ərəbistanına dünyanın müxtəlif guşələrindən 3 milyona yaxın zəvvarın gəlməsi gözlənilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar