Dörd türk pilot Suriyada həbs edildi
31 Dekabr 2012 Bazar Ertəsi 15:36
Pilotların sonrakı taleyi haqqılnda mıəlumat verilmir
Suriya ordusu Hələb şəhərində 4 türk pilotun ələ keçirildiyi məlumatını yayıb. ANS PRESS-in Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, pilotların sonrakı taleyi haqqında məlumat verilmir. Pilotlarının "Koers" hərbi aeroportuna müdaxilə etmək istədikləri bildirilir.

Qeyd edək ki, Suriyada münaqişə 2011-ci ilin mart ayından davam edir. Müxtəlif məlumatlara görə, münaqişə nəticəsində 30 min nəfər həlak olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar