Dörd nazir birdən istefaya göndərildi
27 Dekabr 2010 Bazar Ertəsi 20:40
Xorvatiya iqtisadi böhrandan çıxmağa çalışır
Xorvatiyada dörd nazir eyni gündə istefaya göndərilib. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, baş nazir Yandarka Kosor maliyyə naziri İvan Şuker, müdafiə naziri Branko Vukeliç, mədəniyyət naziri Boji Bişkupiç və ətraf mühitin mühafizəsi və tikinti naziri Marina Matuloviç-Dropuliçi vəzifəsindən azad edib.
Bunlarla yanaşı Yandarka Kosor baş nazirin yeni müavinini də təyin edib. Xorvatiya hökumət başçısı bu qərarını ölkənin iqtisadi tənəzzülünün qarşısının almaq və Avropa Birliyinə daxil olmaq prosesini tezləşdirmək məqsədi ilə qəbul etdiyini deyib.
Yeni təyinatların təqdimatı 2010-cu ilin 29 dekabr tarixində olacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: