Donuz qripi yenidən qayıdır
11 Dekabr 2010 Şənbə 23:00
İngiltərədə 10 adam bu virusdan dünyasını dəyişib
Dünyada ötən il daha çox geniş yayılmış “donuz qripi” yenidən qayıdır. Son 6 həftədə İngiltərədə 10 adam bu virusdan dünyasını dəyişib. İngiltərənin Səhiyyə Nazirliyinin açıqlamasında, ölənlərin hamısının 65 yaşlarında şəxslər olduğu bildirilir. Həmçinin məlumatda qeyd edilir ki, son həftələrdə mövsümlə əlaqədar olaraq H1N1 ve B qripi xəstəliklərinin artımı müşahidə edilir.

Qeyd edək ki, H1N1 virusu ötən ilin mart ayında ilk dəfə Meksikada qeydə alınmış və sürətlə dünyaya yayılaraq 18 min 450 adamın ölümünə səbəb olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar