Donuz qripi olan türk zəvvar öldü
03 Dekabr 2010 Cümə 13:45
80 yaşlı hacı müalicə edildiyi xəstəxanada keçinib
"Donuz qripi"nə yoluxan türk zəvvar ölüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünyasını dəyişən şəxs Həcc ziyarəti zamanı xəstələnərək helikopterlə Türkiyənin Konya vilayətinə gətirilən iki hacıdan biridir. 80 yaşlı Mehmet Yurdakul Konyada müalicə edildiyi xəstəxanada dünyasını dəyişib.

Onunla birlikdə gətirilən 65 yaşlı İsmail Kondunun müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, zəvvarlarda "donuz qripi" aşkarlandığını Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ açıqlamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar