"Donuz qripi"ni müalicə edən əsas mütəxəssis xəstələnib
29 İyul 2009 Çərşənbə 14:00
Məhəmməd Sayfullinin təhlükəli virusa yoluxması barədə məlumat verilmir

 

Rusiyanın "A N1H1" virusunun müalicəsi üzrə əsas mütəxəssisi Məhəmməd Sayfullin özü təhlükəli virusa yoluxub. O bir necə gün "Kaliforniya" qripi şübhəsi ilə öz şöbəsində saxlanılıb. Daha sonra isə məzuniyyətə göndərilib.

Baş həkimin vəzifəsini onun müavini Olqa Safonova icra edir. Müdir müavini rəhbərinin xəstəliyi barədə hər hansı açıqlama verməyib. İşçilərə də xəstəlik barədə məlumatları gizli saxlamaq tapşırılıb.

Məhəmməd Sayfullin təhlükəli virusa qalib gələn Rusiyanın ilk həkim- infeksionistidir. Məhz o, "donuz qripi" xəstələri üçün yaradılmış xüsusi şöbəyə rəhbərlik edib.

"Mignews"un məlumatına görə, xəstələri ilə uzun müddətli əlaqələrdən sonra o özünü pis hiss edib. Həkimin hərarəti yüksəlib və onda "donuz qripi"nə aid əlamətlər müşahidə edilib.

Daha ətraflı məlumat verilməyib./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar