Donuz qripi"nə yoluxmuş uşaq doğulub
28 İyul 2009 Çərşənbə Axşamı 14:00
Taylandda baş verən hadisə rəsmiləri ciddi narahat etməyə başlayıb

 

Tailandda ilk dəfə olaraq "A N1H1" virusuna (donuz qripi) yoluxmuş uşaq dünyaya gəlib. Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, uşağın 24 yaşlı anası xəstəliyə yoluxanda 7 aylıq hamilə olub. Bundan sonra həkimlər keysəriyyə əməliyyatı vasitəsi ilə doğum ediblər. Uşağın vəziyyətini həkimlər stabil kimi qiymətləndirirlər.

Mütəxəssislər virusun uşağa anadan keçdiyini bildiriblər.

Qeyd edək ki, artıq ABŞ-da üç belə hal qeydə alınıb./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar