“Donuz qripi”nə qarşı peyvənd xəstəxanalıq etdi
05 Noyabr 2009 Cümə Axşamı 17:00
Hadisə 19 nəfərin “A H1N1” virusundan öldüyü Türkiyədə baş verib
Türkiyədə “donuz qripi”nə qarşı peyvənd olan tibb bacısı xəstəxanaya yerləşdirilib. Bursa şəhərində yaşayan tibb işçisi ürək döyüntüsü və yüksək təzyiqlə xəstəxanaya düşüb. 21 yaşlı Şeyda adlı qadının bədəninin iynə vurulan nayihəsində qaşıntı və qızartı meydana gəlib. Qadının nəfəs almasında da problem yaranıb. Hazırda o, həkim nəzarəti altında müalicə edilir.
Mütəxəssislər bunun mində bir qeydə alınan hadisə olduğunu bildiriblər. Xəstəxana həkiminin sözlərinə görə, bu normal haldır və hər bir peyvənddən sonra müşahidə edilə bilər.
Xatırladaq ki, Türkiyədə “donuz qripi” 19 nəfərin ölümünə səbəb olub. “A H1N1” virusuna qarşı peyvənd isə ötən gündən vurulmağa başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: