Donuz qripi Meksikanı biçir
25 Fevral 2014 Çərşənbə Axşamı 20:49
Xəstəliklə mübarizə məqsədi ilə qripin yayılmasına mane olan pulsuz dərmanların paylanması barədə qərar qəbul edilib.
Bu ilin əvvəlindən Meksikada müxtəlif qrip növlərindən, o cümlədən donuz qripindən ölənlərin sayı 626 nəfərə çatıb.

ANS PRESS-in məlumatına görə, bu barədə bu Latın Amerika ölkəsinin Səhiyyə Nazirliyi məlumat yayıb. A/H1N1 donuz qripi ştammına yoluxmadan 571 nəfər dünyasını dəyişib.

Meksika Səhiyyə Nazirliyi xəstəliklə mübarizə məqsədi ilə ölkənin federal dairəsində üç hospitalda qripin yayılmasına mane olan pulsuz dərmanların paylanması barədə qərar qəbul edib.

Donuz qripi adlandırılmış virus ştammının ilk tüğyanı 2009-cu ilin aprel ayında Meksikada qeydə alınıb. Xəstəlik ilk dəfə yalnız donuzlarda aşkar edilib, sonra insanlara da keçib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar