Donuz qripi Dominikan respublikasına da keçib. Bu ölkənin iki vətəndaşında A(N1N1) virusu aşkarlanıb. Ölkənin səhiyyə nazirliyinin bildirdiyinə görə, yoluxanlar qadınlardır.
Onlardan biri şimaldakı Santyaqo şəhərində yaşayır, 58 yaşı var. İkincisi isə paytaxt Santo-Dominqo sakinidir, 20 yaşı var. Onların ikisi də ABŞ-dan yenicə dönüblər. /ANS PRESS /