Donetskdə qızğın döyüşlər gedir
13 Avqust 2014 Çərşənbə 12:02
Aramsız artileriy zərbələri ilə əlaqədar Donetskə qatarların getdiyi dəmiryolu vağzalı müvəqqəti bağlanıb.
Ukraynanın şərqində atəş səsləri kəsilmir.
ANS PRESS-in məlumatına görə, separatçıların nəzarətində olan Yasnuvata qəsəbəsində yerli bazar və iki yaşayış binasının artileriya bombardmanı nəticəsində azı 3 nəfər həlak olub.
Donetskdən 20 kilometr aralıda yerləşən qəsəbənin əsas meydanı dağılmış beton-daş parçaları, toz qatı ilə əhatə olunub. Bazarda çıxan yanğını söndürmək üçün yerli sakinlər su vedrələri ilə yanğın mühafizə briqadasının köməyinə gəlib.Yasnuvata qəsəbəsi hazırda Ukrayna qoşunları ilə separatçı döyüşçülərin hazırkı cəbhə xətti sayılır. Aramsız artileriy zərbələri ilə əlaqədar Donetskə qatarların getdiyi dəmiryolu vağzalı müvəqqəti bağlanıb.
Döyüşlər gedən bir vaxtda Rusiya hökuməti Ukraynaya 2 min ton humanitar yardım daşıyan yüzlərlə TIR yollayıb. Hələ ki, Ukrayna hökuməti yük maşınlarının ölkə ərazisinə daxil olmasına icazə verməyib, belə ki, Rəsmi Kiyevə görə, bu humanitar təşəbbüs Beynəlxalq Qırmızı Xaç komitəsi ilə koordinasiya edilməyib və bu səbəbdən yük maşınlarında həqiqətdə nələrin daşındığını bilmək olmur. Ukrayna tərəfi humanitar yardımı qəbul etsə də, maşınları sərhəddən buraxmaq istəmir.
Bununla belə, Rusiya xarici işlər naziri Sergey Lavrov humanitar yardım daşıyan 260 yük maşının göndərilməsinin rəsmi Kiyevlə razılaşdırıldığını bildirib. TIR-ların yükləri ağ tentlə örtülüb, yerli keşiş isə xəta-bəladan qorunması üçün maşınlara “müqəddəs su” çiləyib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmiləri TIR-larda daşınan yüklər barədə məlumatsız olduqlarını açıqlayıb. Ukrayna höküməti yardıma bir halda razılaşır, karvan, hökümətin nəzarətində olan sərhəd məntəqəsinə gəlməlidir.
DOSTLARINLA PAYLAŞ: